19 illik xoşbəxt evliliyi barədə danışdı - İşdən çıxanda rəfiqələrim gəzməyə mən isə evə gedirəm
Aktrisa Xəyalə Quliyeva TikTok platformasındakı fəaliyyəti barədə danışıb.
Bununla bağlı OLAY-a açıqlama verən aparıcı, sözügedən şəbəkədən pul qazanmadığnı bildirib:
“Mən orada yad adamla oyun oynamıram ancaq həmkarlar və tanıdığım insanlar olur. Yaxşı dəstəkçilərim var, sağ olsunlar. Məni çoxdan tanıyırlar, dünən efirə çıxan deyiləm. Bir də görürsən deyirlər ki, gör, nə qədər pul qazanırlar. Vallah elə deyil, TikTok-dan pul qazanmaq toya pul yazdırmaq kimidir, bu gün sən ona hədiyyə göndərirsən sabah da o, sənə. Elə orada dövriyyə edir, arada həmin platforma qazanır, sənin üçün də əyləncə olur. Mənsura qalib gəlmək çox çətindir, amma mən arada qazanıram”.
Aparıcı 19 illik xoşbəxt evliliyi haqqında bəzi məqamları da açıqlayıb. Onun sözlərinə görə, evliliyin əsas sirri biri-birinə güvənməkdir:
“Məncə, evliliyin əsas sirri qarşılıqlı anlaşma və ər-arvad münasibətindən başqa birlikdə dost olmağı bacarmaqdır. O, bu gün də yanımdadır, ümumiyyətlə, hər yerdə mənimlədir”.“Aktrisa olmaq gərgin iş rejimi və böyük məsuliyyət tələb edir. Bəs, həyat yoldaşınız Yusif bəy sizi belə, məqamlarda qısqanmır ki” sualına Xəyalə belə cavav verib:
“Sami Yusufun bir sözü var deyir ki, sərbəstliyin həyat yoldaşımın qısqanclığının başladığı yerə qədərdir. Eynən bu, məndə də belədir. Çəkilişə təbii ki qısqanmayacaq, çünki oraya getməliyəm. Film təqdimatları, dostlarım, əhatəm də onu qısqandırmır, amma bir yer var ki, ondan o tərəfə icazə olmaz. Məsələn, işdən çıxıramsa evə gəlirəm, rəfiqələrim gəzməyə gedir, amma mən onlarla qoşulub getmirəm. Bilirəm ki, evdə uşağım, ailəm var. Əgər bizi kollektiv olaraq harasa dəvət etsələr, həmin yerdə mütləq iştirak edirəm.Plastik əməliyyatlar barədə söhbət açan Xəyalə Quliyevanın fikrinə görə, hər şey qədərində olanda daha gözəl görünür. Aparıcılarının səmimiliyi barədə isə sənətçinin fikirləri belədir:
“Siz inanırsınız ki, sənin necə olmağın: səmimi və ya hiyləgər olsan belə, sən aparıcı kimi efirdə danışanda tamaşaçı bunun hamısını anlayır. Sənin arxa planda xarakterində nələr varsa, onu göstərməsən də, gizlətsən də, tamaşaçının gözü tərəzidir. Onlar başa düşür ki, o səmimidir yoxsa oynayır? Bunu izləyicilərdən gözəl bilən yoxdur. Özün kimi olursan, elə də qəbul edirlər”.