"10 dəfə ərə getdi, boşandı..." - Mənim öz dünyam var - VİDEO
Müğənni Mətanət Əsədova "Xəbər-ətər" verilişində maraqlı açıqlamalar verib.
Xarakterindən danışan sənətçi özünü çox sevdiyini bildirib.
Eşq və gözəlliyin aşiqi olduğunu deyən sənətçi heç kimin həyatı ilə maraqlanmadığını açıqlayıb:
"Kimin nəyi var, kim 10 dəfə evləndi, 20 dəfə boşandı, milyonları var, mənə nə?! İnsan onları fikirləşsə, çürüyər. Mənim öz dünyam var, heç kimi maraq dairəmdə deyil". / Milli.az